Azərbaycan hökuməti və ABŞ birgə piyada keçidi tikib
Bu gün Şabran rayonu Surra kəndində Dəvəçi çayı üzərində piyada keçidinin açılışı olub.
42 metr uzunluğunda piyada keçidinin tikintisini ABŞ və Azərbaycan hökuməti maliyyələşdirib, «Ümid» QHT-si həyata keçirib.
"Surra piyada keçidinin inşasının başa çatdırılması yerli icmaların özlərinə kömək etməsi, birlikdə işləməsi zamanı nələr əldə etməyin mümkün olduğuna bariz nümunədir”, - deyə ABŞ-ın Azərbaycandakı səfiri cənab Robert Sekuta açılış mərasimində bildirib.
Surra kəndi Bakı-Quba magistral yolundan 3 km aralıda yerləşir. Dəvəçi çayı kəndi iki hissəyə bölür və 40-dan çox ailənin gündəlik gediş-gəlişini və məktəblilərin dərsə davamiyyətini çətinləşdirir.
Layihə İqtisadiyyat və Sənaye Nazirliyi və USAİD-in SEDA layihəsi çərçivəsində icra edilib. SEDA layihəsi Şərq-Qərb İdarəetmə İnstitutu (EWMİ) və QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib. 08D
-
- Cəmiyyət
- 14 Dekabr 2015 16:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz