Аzərbaycan ilk dəfə quş əti ixracına başlayıb və çox ucuz qiymətə
Аzərbaycan müstəqillik dövründə ilk dəfə quş əti ixracına başlayıb. Respublika Quşçular Cəmiyyətində bundan xəbərdar deyillər.
Gömrük Komitəsinin məlumatına görə, bu ilin 9 ayında Çinə (4,5 ton) və Tailanda (159,9 ton) təzə və dondurulmuş broyler tədarük edilib. Bir ton məhsul $1000-a satılıb. Çin məhsulu demək olar ki, havayı alıb - tonu $200-a.
RQC sədri Aydın Vəliyev Turan-a deyib ki, Azərbaycandan quş əti ixracı barəd deyilənlər həqiqətə uyğun deyil. «Toyuq ətini maya dəyəri 3 dollar olduğu halda 1 dollara necə satmaq olar?», deyə o təəccüblənib. Vəliyevin sözlərinə görə, broyler fabrikləri ixracata hazırlaşır, bu məqsədlə RF-dən mütəxəssislər gəlib. Hələlik Rusiyanın broyler məhsulu alacağını demək tezdir, deyə o bildirib.
Mütəxəssislərə görə, Azərbaycan ayda 1500 ton quş əti və yarımfabrikat ixrac edə bilər.
Bu il ölkəyə quş əti idxalı artıb. Yanvar-sentyabrda Braziliya, Türkiyə, Niderland, Belçika və Çindən quş əti idxalı həcmi 6 367,4 ton olub. Bu, ötən ilkindən 2,5 dəfə çoxdur.
Bu il 1 kq quşçuluq məhsulu 71.3 sentə idxal edilib. Ötən il bu göstərici 76,8, 2012-ci ildə 73 sent olub. Pərakəndə satışda bu mal 6 dəfə baha satılır.
Dövlətstatkoma görə, ölkədə quşçuluq məhsuluna tələbat ildə 100 min ton və ya 1 nəfər 10,5 kq-dır. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz