Azərbaycan İnvestisiya Şirkəti süd zavodundan çıxır
“Azərbaycan İnvestisiya Şirkəti” ASC “Milk-Pro” MMC-də maliyyə auditi keçirir. Ardınca, yəqin, süd şirkətində 20% aktivdən imtina edəcək.
Bu günlərdə AİŞ auditor xidməti üzrə 16 min manatlıq ("L.B. Audit Xidməti" MMC) müqavilə bağlayıb. Auditor dəyərsizləşmə modellərinin və ehtimalların nəzərdən keçirilməsi xidməti də göstərəcək, deyə Dövlət Kommersiya Müqavilələri Reyestri məlumat verir.
AİŞ-in məlumatına görə, “Milk-Pro” zavodunun tikintisinə 2008-2012-ci illərdə $12 mln 230 min investisiya qoyub. Yeni zavoda cəmi $27 mln yatırım olub.
AİŞ 2007-ci ildə “Milk-Pro”nun kapitalında 20% pay sahibi olub. Payçılar sırasında AYİB də var - 10%. Qalan 70% yerli investorlarındır.
“Milk-Pro” MMC şirkəti 1991-ci ildə tibbi-bakterioloji süd məhsulları istehsal edən şirkət kimi təsis edilib. 1994-cü ildən ümumi süd məhsulları da istehsal etməyə başlayıb.
Şirkətin tərkibində 3 süd emalı müəssisəsi, 2 meyvə emalı müəssisəsi var. «SEVIMLI DAD» mağazalar şəbəkəsi də bura daxildir.
AİŞ maliyyə hesabatını açıqlamır. Ona görə məlum deyil, son 7 ildə “Milk-Pro” MMC-də 20% paydan gəliri olubmu? 08B
-
- İqtisadiyyat
- 9 Yanvar 2015 15:22
-
- Siyasət
- 9 Yanvar 2015 15:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz