Azərbaycan İpoteka Fondunun reytinqi endirilib
" Azərbaycan İpoteka Fondunun milli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-" səviyyəsindən"BB+" səviyyəsinə, proqnozu isə “sabit”dən "neqativ"ə endirilib.
beynəlxalq reytinq agentliyinin məlumatında deyilir ki, AİF-in kredit reytinqinin endirilməsi neftin ucuzlaşması ilə bağlı Azərbaycanın suveren reytinqinin aşağı salınması ilə şərtlənib.
“AİF-in reytinqləri Azərbaycanın suveren reytinqinə uyğundur ki, bu da fondun statusunu, Məzkəzi Bank vasitəsilə dövlət tərəfindən fəaliyyətinə nəzarəti, həmçinin mənzil tikintisinin maliyyələşdirilməsi sahəsində hökumətin siyasətində mühüm rolunu əks etdirir”, - deyə məlumatda qeyd olunur. Agentlik bildirir ki, AİF-in kredit reytinqində hər hansı bir dəyişiklik Azərbaycanın suveren reytinqində mümkün dəyişikliklərdən asılı olacaq. -17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz