Martın 2-dək banklara qoyulan valyuta depozitləri üzrə faiz dərəcəsi 12% olacaq
Xarici valyuta ilə sığortalanan əmanətlər üzrə faiz dərəcəsi limitinin 3%-dək azaldılması martın 2-dək qoyulan əmanətlərə aid deyil.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün mətbuat konfransında jurnalistlərə bildirib ki, Himayəçilik Şurasının qərarına əsasən, limit bu tarixəcən olan əmanətlərə şamil edilmir.
Xatırladaq ki, martın 1-də ADIF-in Himayəçilik Şurası manatla olan sığortalanan əmanətlərdə üst həddi 12% saxlayıb, xarici valyuta ilə faiz dərəcəsini 3%-ə endirib.
Beləliklə, manatla sığortalanan əmanətlərin cəlb edilməsi məqsədinə çatmaq mümkün olacaq. --17D—
-
- İqtisadiyyat
- 4 Mart 2016 13:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz