Azərbaycanda dövlət istiqrazları üzrə rekord göstərici qeydə alınıb
Martın 1-də Bakı Fond Birjasında dövlət qısamüddətli istiqrazların yerləşdirilməsi (91 gün) üzrə fond birjasında tələbatın həcmi 2,5 dəfə çox olaraq nominal üzrə 39 mln. 745,5 mln. manat təşkil edib.
BFB-dən Turan-a bildirilib ki, hərrac zamanı 6 investor tərəfindən 11 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 39 mln. 745, 5 manat təşkil edib.
Sifarişlər 95,77 manat (gəlirlik 17.7644%) və 97.60 manat (gəlirlik 9.8901%) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 95.9340 manat (gəlirlik 17.0464 %), orta ölçülmüş qiyməti 96.0337 manat (gəlirlik 16.6112 %) təşkil edib.
15 mln. manat həcmində istiqraz satılıb. Bir qiymətli kağızın nominal dəyəri 100 manatdır.
Qeyd edək ki, manatla istiqrazların satışı üzrə əvvəlki hərracda dövlət qısamüddətli istiqrazları üzrə orta ölçülmüş gəlirlilik 8,79% təşkil edib. Beləliklə, Maliyyə Nazirliyi bir ay ərzində öz qiymətli kağızlarının gəlirliliyini iki dəfə artırıb.
Bu il Maliyyə Nazirliyi ümumi məbləği 400 mln. manat və $500 mln. həcmində istiqraz yerləşdirməyi planlaşdırır.
-
- İqtisadiyyat
- 4 Mart 2016 12:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz