«Synergy Group» səhmdar cəmiyyəti deyil
Elektron elan sistemində qiymətli kağızlar bazarının subyektləri ilə baş verənlərə dair ilk açıq məlumat yerləşdirilib.
“Synergy Group” ASC təşkilati-hüquqi formasının dəyişdirilməsilə əlaqədar ümumi məbləği 50 mln. manat həcmində səhmin dövriyyədən çıxarıldığını və ləğvini bildirib (https://goo.gl/gqXYsO). Şirkətlər qrupu məhdud məsuliyyətli cəmiyyət formasında fəaliyyətini davam etdirəcək.
Səhmdarlar qurumun MMC-yə çevrilməsi barədə qərarı fevralın 1-də qəbul ediblər.
“Synergy Group” ASC 2010-cu ilin aprelində təsis edilib. Quruma sənaye, kənd təsərrüfatı, mehmanxana biznesi, bank və s. sahələrdə fəaliyyət göstərən 20-dən çox şirkət daxildir. Şirkətdə iştirak payının 99%-i Əşrəf Kamilova məxsusdur.
Qeyd edək ki, bu ilin əvvəlində “AtaHolding” ASC səhmdarları da səhmlərin ləğv edildiyini bildirib. 08B
-
- İqtisadiyyat
- 4 Mart 2016 12:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz