Azərbaycan Kredit Bankı maliyyə bazarında qalır
"Azərbaycan Kredit Bankı" ASC nizamnamə kapitalını 4,4 dəfə artıraraq, 50 mln. 181,38 min manata çatdırıb ki. bu da AMB-nin kapitallaşma üzrə normativ tələblərinə uyğundur.
Bu qurumun məlumatında deyilir ki, dünən 38 mln. 752 min manatlıq əlavə səhmlər emissiyasının yerləşdirilməsi başa çatıb. Emissiya hər birinin nominal dəyəri 224 manat olan 173 səhmə bölünüb.
"Azərbaycan Kredit Bankı" ASC 2005-ci ilin dekabrında fəaliyyət üçün lisenziya alıb. Bankın səhmdarları bir qrup fiziki şəxsdir.-17D—
-
- İqtisadiyyat
- 2 Aprel 2015 15:14
-
- Cəmiyyət
- 2 Aprel 2015 16:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz