IpekYoluSigorta-nın mənfəəti 50%-dən çox artıb
Ötən il "İpekYoluSığorta" şirkətinin xalis mənfəəti 4 mln. 52.85 min manat təşkil edib ki, bu da 2013-cü ildə olduğundan 53,3% çoxdur.
Auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən, ümumi gəlirlər 22 mln. 323, 52 min manat olub. Gəlirin böyük hissəsi sığorta pullarının (18 mln. 836,4 min manat) payına düşüb, təkrar sığorta üçün alınmış pullar 192,592 min manat, investisiya gəlirləri 781,688 min manat təşkil edib. Başqa gəlirlər də var.
Ötən ilki xərclər 17 mln. 257,46 min manat təşkil edib. Bunun ən böyük hissəsini təkrar sığorta riskləri təşkil edib - 13 mln. 929,67 min manat, sığorta işinin aparılmasına 2 mln. 138,99 min manat xərclənib. Sığorta ödənişlərinin həcmi xeyli az - 335,42 min manat, qaytarılan sığorta pulları 181,95 min manat təşkil edib.
Bu qurumun aktivləri 30,6% artaraq - 28 mln. 843,09 min manat, öhdəliklər 36,8% artaraq 9 mln. 964,64 min manat, kapital 27,4% artaraq 18 mln. 878,45 min manat, o cümlədən nizamnamə kapitalı 22,1% artaraq 14 mln. 77 min manat təşkil edib.
Şirkətin banklarda yerləşdirilmiş depozitlərinin həcmi 5,7% azalaraq 5,2 mln. manat təşkil edib.
"İpekYoluSığorta" ASC 1996-cı ildən Azərbaycan sığorta bazarında fəaliyyət göstərir. Şirkətin səhmdarları SilkAvia Azərbaycan aviasiya şirkəti, "Azərbaycan hava yolları" QSC (AZAL) və bir fiziki şəxsdir. --17D—
-
- Siyasət
- 2 Aprel 2015 15:10
-
- İqtisadiyyat
- 2 Aprel 2015 15:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz