Azərbaycan Kredit Bankının aktivləri artıb
«Azərbaycan Kredit Bankı» ASC-nin aktivləri yanvarın 1-i üçün 21 mln 698,46 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə +10,9%) təşkil edib.
Bankdan verilən məlumata görə, kredit portfeli 16 mln 426,77 min manat (mənfi 11,2%), öhdəlikləri 16 mln 609,16 min manat (+7,2%) olub.
Bankın kapitalı 5 mln 89,3 min manat (+25,1%), nizamnamə kapitalı 11 mln 429,376 min manat olub.
Ötən il xalis mənfəət 1 mln 21,29 min manat təşkil edib.
«Azərbaycan Kredit Bankı» 2005-ci ilin sonunda lisenziya alıb. Səhmdarları 3 fiziki şəxsdir: 36,64%, 35,56% və 27,8% --17D—
-
- Cəmiyyət
- 9 Aprel 2015 14:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz