Azərbaycan Mərkəzi Bankı 50 milyon manat məbləğində qısamüddətli not yerləşdirib
Azərbaycan Mərkəzi Bankı hərracda 50 mln. manat məbləğində qısamüddətli not yerləşdirib. Bu barədə Bakı Fond Birjasının məlumatında bildirilir.
Turan məlumat verir ki, hərrac zamanı 3 investor tərəfindən 7 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 64 mln.236,3min manat olub.
Sifarişlər 98,8475 manat (gəlirlilik 14,9906%) və 98,9228 manat (14,0005%) qiymət intervalında təqdim edilib.
Mərkəzi Bank tərəfindən notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98,8483 manat (14,9801%), orta ölçülmüş qiyməti 98,8687 manat (14,7117%), səviyyəsində müəyyən edilib..
Notların ödəmə tarixi 30 noyabr 2016-cı ildir.
Xəbər verildiyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankın buraxdığı 6 mln. həcmində qısamüddətli notu (hər birinin nominal dəyəri 100 manat) və 500 min qısamüddətli notu (hər birinin nominal dəyəri 100 manat) qeydə alıb.
Qeyd edək ki, bu, Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi yeganə antiinflyasiya aləti deyil. AMB 2016-cı ilin iyunundan depozit hərracları da keçirir.
Oktyabr ayında AMB 5 depozit hərracı vasitəsilə ümumilikdə 300,6 mln. manat cəlb edib. 71D
-
- İqtisadiyyat
- 4 Noyabr 2016 18:50
-
- İqtisadiyyat
- 4 Noyabr 2016 19:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz