Meyvə ixracından yalnız vasitəçilər qazanır
Hökumətin əsas vəzifələrindən biri meyvə istehsal edən kəndilərin istehsalçı birliklərinin, ixracla məşğul olan təsisatlarının yaradılmasıdır. Ekspert Rövşən Ağayev hesab edir ki, bu gün meyvə ixracından yalnız vasitəçilər qazanır, istehsalçıya az pay düşür.
Azərbaycanda xurma və korolyok yığımı və ixracı başlayıb. Bu meyvənin tonu 200 manata alınır. fəhlə pulunu da çıxanda fermerə ən yaxşı halda hər tonda 150-160 manat (100 USD) qalır .
«Ötən il Azərbaycandan Rusiyaya 89 min ton təzə xurma ixrac edilib. Hər tonun ixrac qiyməti 880 dollar olub. Belə çıxır ki, ixrac qiymətinin ən yaxşı halda 12-13%-i istehsalçıya çatır», deyə iqtisadçı qeyd edir.
Zaqataladan olan jurnalist Əfqan Muxtarlı bildirir ki, SSRİ dönəmində region xurma ixracından milyonlar qazanırdı. Bu gün meyvə satışından gəlir minimal ehtiyaclara çatır. Milyonlarla manat isə vasitəçi və ixracatçıların cibinə gedir. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz