Dünya Bankının menecmenti: Azərbaycan orta və kiçik biznesə diqqət ayırmalıdır
Azərbaycanda kapital bazarları yüksək səviyyədə modernləşdirilib, - bunu Dünya Bankının layihəsinin reallaşdırılmasının nəticələrinə dair xüsusi tədbirdə BP-nin maliyyə sektoru üzrə meneceri Polf Bernd deyib.
Onun sözlərinə görə, az yerdə belə modernləşmə səviyyəsi var, ancaq qlobal strukturun əsas funksiyalarından biri kiçik və orta sahibkarların şərait və rifahının yaxşılaşdırılmasıdır, ona görə də yerli hökumət kapital bazarlarından, o cümlədən özəlləşdirmə zamanı effektiv istifadəni təmin etmək üçün işini davam etməlidir.
Xatırladaq ki, DB 2011-ci ilin martında Azərbaycan hökumətinə ümumi dəyəri 15,8 mln dollar olan “Kapital bazarlarının modernləşdirilməsi” layihəsinin reallaşdırılması üçün 12 mln dollar ayırıb.
Əlavə olaraq bu məqsəd üçün İsveçrənin iqtisadi məsələlər üzrə dövlət katibliyi (SECO) 1,6 mln dollar, yerli hakimiyyət – 2,2 mln dollar qrant ayırıb. Məqsəd – maliyyə sektorunun, kapital bazarı alətlərinin güclənməsi və kapital bazarları vasitəsilə maliyyələşmə ilə qeyri-neft sektoruna dəstəkdir. --17D—
-
- İqtisadiyyat
- 4 Noyabr 2016 19:04
-
- Cəmiyyət
- 5 Noyabr 2016 11:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz