Azərbaycan Mərkəzi Bankı xarici valyuta satışını bərpa etməlidir – ekspert
Azərbaycan Mərkəzi Bankı ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot stavkasının artırmasının valyuta bazarımıza təsir etməyəcəyini bildirib. Amma qəbul edilən qərar yenidən Bakıda dollar qıtlığı yaradıb.
İqtisadçı Vüqar Bayramov Facebook səhifəsində belə yazıb.
O, qeyd edib ki, FES-ın qərarından öncə “qara bazar”da 1 dollar 1.83 manata satılırdısa artıq 1 ABŞ pulu üçün 1 manat 90 qəpik ödəmək lazımdır.
«Bankların böyük əksəriyyəti valyuta satışını dayandırdığı üçün aydındır ki, onların elan etdiyi kurs real məzənnə deyil və müqayisə predmeti ola bilməz», deyə ekspert qeyd edir.
Onun sözlərinə görə, “qara bazar”ın ləğvi banklarda dollar satışının tam və fasiləsiz bərpası nəticəsində baş verməlidir
«FES qərarından sonra və xüsusən də son günlər valyuta bazarında dolların manata nisbətən bahalaşması fonunda Mərkəzi Bank banklarda dolların satışının bərpasına nail olmalıdır. Əks halda, dollar qıtlığı manata psixoloji təzyiqi daha da gücləndirəcək», deyə V. Bayramov hesab edir. 71D
-
- İqtisadiyyat
- 19 Dekabr 2016 15:19
-
- Siyasət
- 19 Dekabr 2016 15:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz