Azərbaycan Minsk zavodunun Rusiya sifarişini necə xilas etdi
Bakı ilə Sumqayıt arasında 2015-ci ilin mayından elektrik qatarlarının hərəkətinin bərpası layihəsinin bir nüansı məlum olub.
“Belteleradio” şirkətinin müxbiri İlona Krasutskaya Lukaşenkonun "Ştadler Reyl Qrup" şirkətinin rəhbəri ilə görüşü barədə 1 avqustdakı reportajında məlumat verib ki, Azərbaycanın 2 mərtəbəli qatarları almasına səbəb Rusiyanın sifarişdən imtinası olub.
«Ötən il (2015 – red) şirkətdə çətinlik yarandı. Rusiya tərəfi böhrana görə 2 mərtəbəli qatarları ala bilmədi. Cəmi 1 qatar aldılar. Amma "Ştadler Minsk" vəziyyətdən çıxış yolu tapıb onları Azərbaycana satdı», deyə Krasutskaya məlumat verir.
Məhz bu səbəbdən ötən ilin martında Bakı ilə Sumqayıt arasında təmir işləri başlayıb. Mayın 30-dan ilk qatarlar hərəkətə başladı. Rəsmi işə salma isə 15 sentyabrda oldu.
2016-cı ilin iyununda 5 qatarın sonuncusu buraxıldı. O, 4 vaqondan ibarətdir. 919 sərnişin tutur. 396 oturacaq, 84 biznes sinif yeri var. Müqavilənin ümumi məbləği 70 mln, ödənilmə müddəti 20 ildir.
Belarus müxbirin dedikləri onu göstərir ki, yolun bərpasına səbəb əhaliyə qayğı yox, bir sıra biznes maraqlardır.
Xatırladaq ki, indiki hakimiyyət zamanı Bakı-Sabunçu-Mərdəkan-Suraxanı dairəvi yolu məhv edilib. Bütün infrastruktur dağıdılıb və satılıb.—0—
-
- Cəmiyyət
- 4 Avqust 2016 22:59
-
- İqtisadiyyat
- 5 Avqust 2016 10:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz