Azərbaycan Monteneqro hökumətinə kredit verməyə hazırlaşır
Azərbaycan Monteneqro hökumətinə yol-nəqliyyat infrastrukturu layihəsi üçün 170 mln kredit verməyə hazırlaşır. Bu barədə iyulun 5-də Azərbaycan KİV-i Monteneqro mətbuatına istinadən məlumat verir.
Məlumatda deyilir ki, vəsaitin Veriqe boğazı üzərindən körpünün tikintisinə sərf olunacağı gözlənilir. Kreditin müddəti 15 il təşkil edir. Gözlənilir ki, vəsait "Monteput" dövlət müəssisəsinə ayrılacaq.
Nazirlər Kabinetinin beynəlxalq kreditlər və texniki dəstək şöbəsində Turan-a deyiblər ki, bu danışıqlar barədə onlarda məlumat yoxdur.
Qeyd edək ki, Veriqe boğazının dərnliyi 30 metr, ən nazik yerdə eni 300 metrdir. Qarşıdakı Boka-Kotor körfəzində Azərbaycan şirkəti Portnovi turist kompleksi tikir. Obyektə 500 mln avro investisiya qoyulur. İnvestor “Azerbaijan Global Investments”dır (AGI ). Monteneqroda təsis edilən “Azmont Investments” şirkəti ona məxsusdur. AGI-nin təsisçiləri Pasha Holding, AtaHolding və Synergy Groupdur.
Xatırladaq ki, 2012-ci ildə Azərbaycan Serbiya hökumətinə yol tikintisi üçün 15 illiyə 300 mln avro kredit ayırıb.
Dövlət krediti həmçinin BTQ dəmir yolu xəttinin tikintisi üçün gürcüstan hökumətinə ayrılıb. 08B
-
- İqtisadiyyat
- 5 İyul 2016 13:49
-
- İqtisadiyyat
- 5 İyul 2016 14:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz