Azərbaycanda turizm zonaları yaradılır
Azərbaycanda xüsusi turizm zonaları yaradılacaq. Bu barədə iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova jurnalistlərə bildirib. Onun sözlərinə görə, xüsusi zonalar çimərlik turizminin inkişafı məqsədilə Xəzər akvatoriyasında yaradılacaq. Həmin zonalarda vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub.
Lakin S.Həsənova həmin zonalara hansı statusun veriləcəyini, onların məhz harada yerləşdiriləcəyini və turizm zonası dedikdə konkret nəyin nəzərdə tutulduğunu açıqlamayıb.
Hazırda Azərbaycanda turizm pis inkişaf edir və adamların çoxu qonşu ölkələrdə dincəlməyə üstünlük verir. Bunun əsas səbəbi bahalıqdır.
Azərbaycanda istirahətin qiyməti Türkiyədə olduğundan bahadır. Odur ki, hər il milyondan çox Azərbaycan vətəndaşı dincəlməyə xaricə, ilk növbədə ən aşağı qiymətlərin və yaxşı şəraitin olduğu Gürcüstana gedir.02D-
-
- İqtisadiyyat
- 5 İyul 2016 14:02
-
- Cəmiyyət
- 5 İyul 2016 14:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz