Azərbaycan neftinin ixrac qiyməti I rübdə 50,2% azalıb
2015-ci ilin I rübündə Azərbaycan xarici bazarlara 8 mln 417 min 368,4 ton neft ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə həcm 4% artıb. Bunu Gömrük Komitəsinin məlumatı göstərir.
DGK sayğaclarına əsasən, yanvar-martda ВТС ilə 6 mln 679 min 95,84 ton neft (o cümlədən “Şahdəniz” yatağından 543 min 6,12 ton qaz kondensatı), Bakı-Supsa kəməri ilə 1 mln 92 min 889,8 ton, Bakı- Novorossiysk kəməri ilə 339,491 min ton, dəmir yolu ilə 305 min 891,76 ton neft nəql edilib.
Bu dövrdə bəyan edilən neft həcmi $2 mlrd 629 mln 790,83 min məbləğində 6 mln 393 min 237,4 ton olub. Bundan belə nəticə çıxarmaq olar ki, Azərbaycan neftinin ixrac qiyməti I rübdə 1 ton üçün $411,34 və ya barrel üçün $55,59 olsun.
Turan-ın məlumatına görə, 2014-cü ilin yanvar-martında Azərbaycan nefti $111,64-dan satıb. Yəni ilin əvvəlindən Azərbaycan neftinin ixrac qiyməti I rübdə 50,2% azalıb.
Gömrük Komitəsinin məlumatına görə, bu ilin I rübündə neft məhsulları ixracı $199 mln 622,07 min məbləğində 595 min 616,5 ton olub.–12D--
-
- Cəmiyyət
- 20 Aprel 2015 12:34
-
- İqtisadiyyat
- 20 Aprel 2015 12:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz