SOCAR 1000 kubmetr qazı $155-a ixrac edir
2015-ci ilin I rübündə Azərbaycan 2 mlrd 426 mln 901,74 min kubmetr qaz ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% yüksəkdir.
Gömrük Komitəsinin məlumatına görə, bu ilin I rübündə bəyan edilən qaz həcmi $75 mln 836,66 min məbləğində 487 mln 789,72 min kubmetr olub. Yəni Azərbaycan 1000 kubmetr qazı $155,47-a satıb.
Hazırda Azərbaycan qazı SOCAR tərəfindən RF, İran və Gürcüstana, “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tbilisi-Ərzurum kəməri ilə Gürcüstan və Türkiyəyə satılır..
“Şahdəniz” konsorsiumu öz qazını gömrükdə bəyan etmir. Ona görə DGK-da qeydə alınan qaz SOCAR qazıdır.–12D--
-
- İqtisadiyyat
- 20 Aprel 2015 12:54
-
- İqtisadiyyat
- 20 Aprel 2015 13:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz