Azərbaycan neftinin orta ixrac qiyməti 1 barrel üçün $109,6 olub
2013-cü ilin 9 ayında Azərbaycan sayğaclara əsasən, 25 mln 904 min ton neft ixrac edib.
Gömrük Komitəsinin məlumatına görə, yanvar-sentyabrda neft ixracının bəyan edilən həcmi $15,304 mlrd məbləğində 18 mln 865 min ton olub.
Bu məlumatdan çıxış edəndə deyilən dövrdə 1 ton Azərbaycan neftinin orta ixrac qiyməti $811,2, 1 barrelin qiyməti $109,6 olub.
Bunun 1,325 mln tonu Bakı-Novorossisyk, 2,985 mln tonu Bakı-Supsa ilə nəql edilib.
Bakı-Tbilisi-Ceyhan ilə bu dövrdə 20,89 mln ton, dəmir yolu ilə 702,549 min ton neft daşınıb.
2012-ci ildə sayğaclara əsasən, Azərbaycan 34,935 mln ton ixrac edib. Gömrük bəyannamələrinə əsasən, $20,232 mlrd məbləğində 24,237 mln ton neft ixrac olunub. –12D—
-
- Siyasət
- 21 Oktyabr 2013 11:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz