ARDNŞ Gürcüstandakı dini konfessiya obyektlərinə təmənnasız olaraq təbii qaz verəcək
Gürcüstan baş nazirinin müavini, energetika və təbii ehtiyatlar naziri Kaxi Kaladze Gürcüstandakı dini konfessiya obyektlərinə bir il təmənnasız olaraq təbii qaz verilməsi qərarına görə təşəkkür edib, deyə “Qruziya-Online” bildirir.
Memorandumu oktyabrın 19-da Gürcüstanın Patriarxı Katolikos II İlya və ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev imzalayıb.
"Bu gün çox vacib gündür. İmzalanan memorandum Gürcüstanda bütün dini konfessiya obyektlərinə bir il təmənnasız olaraq təbii qaz verilməsini nəzərdə tutur. Gələcəkdə əməkdaşlığın davamı istisna edilmir", - deyə Kaladze bildirib.
ARDNŞ rəhbəri bildirib ki, təklif Gürvüstanın Energetika Nazirliyindən gəlib və şirkət razılıq verib. –0--
-
- İqtisadiyyat
- 21 Oktyabr 2013 11:48
-
- İqtisadiyyat
- 21 Oktyabr 2013 11:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz