Azərbaycan neftinin orta ixrac qiyməti məlum olub
Azərbaycan 2015-ci ilin yanvar-mayında 13 mln 869 min 64,86 ton neft ixrac edib. Bu, ötən ilin eyni dövründəkindən 3,2% azdır.
Gömrük Komitəsinin məlumatına görə, sayğacların göstəricisinə əsasən, 5 ayda Bakı-Tbilisi-Ceyhan kəməri ilə 11 mln 24 min 378,54 ton (o cümlədən “Şahdəniz” yatağından 907 min 398,24 ton qaz kondensatı), Bakı-Supsa ilə 1 mln 833 min 72,3 ton, Bakı-Novorossiysk kəməri ilə 594 min 71 ton, dəmir yolu ilə 417 min 543,02 ton nef ixrac edilib.
Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-mayında bəyan edilən ixrac neftinin həcmi 9 mln 698 min 937,42 ton ($4 mlrd 35 mln 238,02 min məbləğində) olub. Demək, 1 ton neftin orta ixrac qiyməti $416,05, 1 barrel $56,22 olub.
Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-mayında neft məhsulları ixracının həcmi 1 mln 64 min 386,27 ton ($378 mln 560,46 min məbləğində) olub. —12D--
-
- İqtisadiyyat
- 19 İyun 2015 18:39
-
- Siyasət
- 19 İyun 2015 19:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz