Avtomobil idxalı iki dəfə azalıb
Bu ilin 5 ayı ərzində Azərbaycana 15 495 vahid avtonəqliyyat vasitəsi gətirilib. Bu, 2014-cü ilin müqayisə edilən dövründən 15 081 vahid azdır.
Qeyd olunan müddətdə xaricdən 13 912 minik avtomobili alınıb. Bu, ötən ilin eyni dövründən 13 532 vahid azdır. Bu maşınların bir hissəsi yol polisi və patrul xidmətinin avtomobil parkını genişləndirmək, həmçinin Avropa Oyunları zamanı Bakıya gələn qonaqlara xidmət göstərmək məqsədi ilə dövlət tərəfindən alınıb.
İlin əvvəlindən 497 avtobus alınıb, bu, ötən ilin 5 ayından 3 dəfə çoxdur. Bu avtobuslar dövlət büdcəsi hesabına idmançılara və qonaqlara xidmət etmək məqsədi ilə alınıb.
Xatırladaq ki, 2012-ci ildə Azərbaycana 101 255 (onlardan 89 652 minik avtomobili), 2013-cü ildə - 104 385 (94 879), 2014-cü ildə - 63 368 (57 615) avtonəqliyyat vasitəsi gətirilib. 08D
-
- Foto sessiyalar
- 19 İyun 2015 18:37
-
- İqtisadiyyat
- 19 İyun 2015 18:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz