Azərbaycan neftinin ВТС ilə nəqli 3% azalıb
Yanvar-sentyabrda Azərbaycan neftinin BTC ilə nəqli həcmi 21 mln 844,191 min ton olub. Bu, ötən ilin eyni dövründəkindən 3,1% azdır.
ARDNŞ mətbuat xidmətinin məlumatına görə, sentyabrda ВТС ilə 2 mln 285,783 min ton neft nəql edilib. Kəmər istifadəyə veriləndən 257 mln 160,695 min ton ixrac edilib.
ВТС ilə 2014-cü ilin sentyabrında 385,597 min ton Türkmənistan və Qazaxıstan nefti də nəql edilib.
Sentyabrda Ceyhanda 2 mln 543,390 min ton, yanvar-sentyabrda 22 mln 125,785 min ton Azərbaycan nefti yüklənib. ВТС istismara veriləndən terminalda 255 mln 269,699 min ton Azərbaycan nefti yüklənib.
Layihənin iştirakçıları bunlardır: BP (30.1%); ARDNŞ (25%); Chevron (8.9%); Statoil (8.71%); TPAO (6.53%); ENI (5%); Itochu (3.4%); ConocoPhillips (2.5%); INPEX (2.5%), Total (5%) və ONGC (2.36%).—12D--
-
- İqtisadiyyat
- 16 Oktyabr 2014 14:06
-
- İqtisadiyyat
- 16 Oktyabr 2014 14:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz