IEA neftin ucuzlaşacağını bildirir: neftə tələbat azalır
Beynəlxalq Energetika Agentliyi (IEA) 2015-ci ildə neftə tələbat proqnozunu azaldıb və neftin ucuzlaşacağını gözləyir.
IEA-nın məruzəsinə görə, 2014-cü ildə tələbat sutkada 700.000 barrel, gələn il 1,1 mln artaraq 93,5 mln barrel olacaq.
"Tələbat artımı... bəlkə, ən aşağı nöqtəyə çatıb. İqtisadi proqnozlar azalsa da, BVF bu il üç dəfə proqnozunu azaldıb və iqtisadiyyatın əvvəlkindən daha yavaş canlanmasını gözləyir", - deyə məruzədə bildirilir.
"Ucuzlaşma tələb və təkliflə bağlıdır. Görünür, qiymət bir qədər də düşməlidir ki, təklif azalsın və ya tələbat artsın", - deyə bildirilir.
IEA bildirir ki, 2015-ci ildə OPEK ölkələrindən tədarük sutkada 1,3 mln barrel artacaq. OPEK neftinə tələbat sutkada 29,3 mln barrel olacaq. Bu, sentyabr proqnozundan 200.000 azdır.
IEA bildirir ki, Səudiyyə Ərəbistanı bazarda payını qorumaq istəyir.
"Ər-Riyad 4 ay dalbadal qiyməti düşürüb, görünür, Asiya bazarında öz payını qorumaq istəyir", - deyə məruzədə bildirilir. –0—
-
- İqtisadiyyat
- 16 Oktyabr 2014 14:28
-
- İqtisadiyyat
- 16 Oktyabr 2014 14:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz