Azərbaycan Polad İstehsalı Kompleksi ləğv olundu
Bu gün, yanvarın 11-də “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin ləğv olunması haqqında rəsmi mediada məlumat dərc olunub.
Turan agentliyinə Vergilər Nazirliyinə verilən məlumata görə, dövlət şirkətinin ləğvi haqqında məlumatın dərc olunması haqqında müraciəti iqtisadiyyat nazirinin müavini, QSC-nin İdarə Heyətinin sədrinin vəzifələrini icra edən Niyazi Səfərov imzalayıb.
“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC prezidentin 23 aprel 2013-cü il tarixli 2875 nömrəli sərəncamı ilə yaradılıb. Nizamnaməyə görə, şirkətin ləğvi haqqında qərar vermək səlahiyyəti də ona məxsusdur. Dövlət başçısının bu SC-nin ləğv edilməsi haqqında sərəncamı naməlum səbəblərdən açıqlanmayıb.
Xatırladaq ki, bu şirkət dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin qurulması məqsədilə qurulmuşdu. Bir il sonra o, dövlət qeydiyyatına alınmış, onun İH sədri təyin olunmuşdu. Yaradılarkən onun strukturuna “Daşkəsən Filizsaflaşdırma” ASC daxil edilmişdi.
2015-ci ildə İH sədri vəzifəsindən azad edildi. 2016-cı ilin iyulunda “Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşdirməyə açıldı. Hazırda onun 99,22% səhmlərinin özəlləşdirilməsi ilə bağlı təkrar investisiya müsabiqəsi keçirilməkdədir. 08D
-
- İqtisadiyyat
- 11 Yanvar 2017 10:46
-
- Cəmiyyət
- 11 Yanvar 2017 11:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz