«Azərbaycan Sənaye Sığorta»nın xalis ziyanı
«Azərbaycan Sənaye Sığorta» ASC ötən ili 1 mln 539,75 min manat (2013-cü ildə 2 mln 482,29 min manat mənfəət olub) ziyanla başa vurub.
Şirkətin gəlirləri 15 mln 763,37 min manat təşkil edib. Bunun 12 mln 90,92 min manatı mükafatlar, 892,55 min manat investisiya gəlirləridir.
Xərclər 17 mln 303,12 min manat təşkil edib. Sığorta ödənişləri 9 mln 90,04 min manat, təkrarsığorta xərcləri 2 mln 862,65 min manat, sığorta işinin aparılması xərcləri 3 mln 996,83 min manat olub.
Ötən il aktivlər (mənfi 16,4%) 20 mln 582,26 min manata, kapital (mənfi 15,3%) 9 mln 471,56 min manata, öhdəliklər (mənfi 17,3%) 11 mln 110,61 min manata azalıb.
Nizamnamə kapitalı 34,8% artaraq 11 mln manata çatıb. Banklarda depozit həcmi 1,7% artaraq 10 mln 924 min manat təşkil edib.
«Azərbaycan Sənaye Sığorta» ASC Azersun Holding strukturuna daxildir. Səhmdarları «Azerbaycan Senaye banki» və «Anadolu Investment Kompani» MMC-dir. --17D—
-
- Cəmiyyət
- 6 Aprel 2015 14:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz