Azərbaycan sobalıq mazut idxalı imkanına baxır
Azərbaycan sobalıq mazut idxalı imkanına baxır. Bu barədə Turan Agentliyi neft bazarındakı mənbələrdən informasiya əldə edib.
Agentliyin müsahibi deyib ki, mazutu regional bazarlardan almaq istəyirlər. “Hazırda dünya bazarında sobalıq mazutun tonu $120, regional bazarlarda, xüsusən Rusiya və Türkmənistanda bir qədər ucuzdur”, - deyə o bildirib.
Azərbaycan 2015-ci ilin avqustundan istilik elektrik stansiyalarında sobalıq mazutdan istifadə edir. 2001-ci ildən elektrik enerjisi istehsalı üçün qazdan istifadə olunurdu. 2015-ci ilin avqustunda “Şahdəniz” yatağında təmirlə bağlı 1 aylığa hasilat dayandırıldı. Sonra SOCAR qazdan yeraltı anbarları doldurmaq üçün istifadə etdi.
Ötən il energetikanın ehtiyacı üçün 315 min ton sobalıq mazut tədarük edilib.
1 dekabr 2015-ci ildə Tarif Şurası “Azərenerji” üçün sobalıq mazutun satınalma qiymətini 3 dəfə azaldaraq 1 tonunu 100 manata endirib.
Ötən həftə IP Week konfransında SOCAR rəhbəri R.Abdullayev kuluarlarda deyib ki, “Elektrik stansiyalarımızın çoxu qazdan ucuz olan sobalıq mazutla işləyir”. –12B—
-
- İqtisadiyyat
- 16 Fevral 2016 01:10
-
- İqtisadiyyat
- 16 Fevral 2016 01:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz