Qiymətli kağızların dövlət reyestrinin aparılması qaydası müəyyən edilib
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Qiymətli kağızların dövlət reyestrinin aparılması Qaydası” təsdiq edib. Qaydalar fevralın 12-dən qüvvəyə minir.
Sənədə əsasən (http://goo.gl/1uiN6Q), reyestri QKDK aparır və onun informasiya resursudur. Reyestrin formalaşdırılması, aparılması və ondan istifadə edilməsi “Qiymətli kağızların elektron dövlət reyestri” proqram təminatı vasitəsi ilə həyata keçirilir.
Qiymətli kağızlar və ya qiymətli kağızların buraxılışları dövlət qeydiyyatına alındıqda, qiymətli kağızlar dövriyyədən çıxarıldıqda bu barədə məlumatlar reyestrə daxil edilir..
Reyestrə daxil olunan məlumatlar:
- emitentlər və emissiya prospektləri;
- səhm və istiqrazların emissiyası;
-veksellərin, girov kağızının qeydiyyatı, ipoteka kağızının qeydiyyatı;
-daşınmaz əmlak sertifikatlarının buraxılışının qeydiyyatı;
-depozitar qəbzlərinin buraxılışının qeydiyyatı;
“Qiymətli kağızlar bazarı haqqında” qanuna əsasən, dövlət reyestrinə daxil edilmiş məlumatlar ictimaiyyət üçün açıq olmalıdır. Qeyd edək ki, QKDK hələ qiymətli kağızların dövlət reyestrinin məlumatlarını açıqlamır. 08D
-
- İqtisadiyyat
- 16 Fevral 2016 01:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz