Azərbaycan ÜTT-ə şərt qoşur – ildə 2 mlrd. dollar
Azərbaycan XİN xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin ÜTT-dən 1 mlrd. dollar istəmək haqqında gözlənilməz bəyanatının mahiyyətini izah etməyi qərara alıb. Bu qəribə bəyanat bir neçə gün əvvəl səslənib və bir çox suallar doğurub.
Cümə axşamı XİN-in mətbuat katibi Hikmət Hacıyev açıqlama verib və bildirib ki, Bakı aqrar-sənaye komplesinin subsidiyalaşdırılması üçün ÜTT-dən hər il 2 mlrd. dollar almaq hüququ əldə etmək niyyətindədir.
Hazırda ÜTT-ə daxil olmaq çərçivəsində bu məsələ ilə bağlı danışıqlar aparılır.
Hacıyevin sözlərinə görə, Azərbaycan ÜTT-ə daxil olduqdan sonra aqrar sektor üçün 1 mlrd. dollar və Ermənistanın işğal etdiyi ərazilərin Azərbaycanın yurisdiksiyasına qaytarılmasından sonra daha 1 mlrd. dollar almaq istəyir.
Xatırladaq ki, Azərbaycanın ÜTT-ə daxil olması haqqında danışıqlar 1997-ci ildən aparılır və hiss olunan nəticələr verməyib. -02D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz