Azərbaycan və Arxangelsk vilayəti ticarətdə vasitəçilərdən imtina edir
İqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın Arxangelsk vilayətinin qubernatoru İqor Orlov ilə danışıqlar aparıb.
«Bu, bizim Bakıya ilk işgüzar missiyamızdır. Gəmiqayırma, kənd təsərrüfatı, turizm və karbohidrogen hasilatında əməkdaşlıq potensilaımız böyükdür», - deyə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.
Tərəflər ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə saziş imzalamağa hazırlaşır. Yaxın vaxtlarda işgüzar missiya mübadiləsi ediləcək.
Vilayətin aqrar-sənaye və ticarət nazirinin müavini İrina Bajanova bildirib ki, Arxangelsk vilayətinin yaxşı idxal imkanları var. «İri topdan və pərakəndə ticarət şəbəkəmiz Azərbaycandan meyvə və tərəvəz idxalında maraqlıdır. Vasitəçi regionlardan imtina etsək, pərakəndə qiymətlər daha ucuz olacaq», - deyə o bildirib. --17D—
-
- İqtisadiyyat
- 3 Noyabr 2016 15:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz