Azərbaycan və Çexiya sentyabrda energetika sahəsində əməkdaşlıq memorandumu imzalayacaq
Bu ilin sentyabr ayında Azərbaycan və Çexiya arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Mayın 29-da energetika naziri Natiq Əliyev ilə Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka arasında keçirilən görüşdə enerji sahəsində əməkdaşlıq, qaz nəqli, elektrik enerjisinin istehsalı məsələləri müzakirə edilib.
“Görüşdə Azərbaycanın Energetika Nazirliyi ilə Çexiyanın Sənaye və Ticarət Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun hazırlanması təklifi irəli sürülüb. Memorandumun Çexiya prezidenti Miloş Zemanın cari ilin sentyabr ayında Azərbaycana səfəri zamanı imzalanacağı gözlənilir”, - deyə məlumatda qeyd olunur. –0--
-
- İqtisadiyyat
- 1 İyun 2015 13:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz