Azərbaycan və İran investorları qarşılıqlı sərmayəyə təşviq edir
Noyabrın 10-da Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Azərbaycanda və İranda investisiya imkanları” mövzusunda konfrans keçirilib. Fondda Turan-a bildiriblər ki, konfransda müxtəlif sahələri təmsil edən 150-dən çox iş adamı və investisiya təşkilatlarının nümayəndələri iştirak edib.
İranın İnvestisiya, İqtisadi və Texniki Yardım Təşkilatının (OIETAI) Xarici İnvestisiyalar Departamentin direktor müavini Əkbər Qəhrəmani İranda iş adamları üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə danışıb.
Tədbirdə həmçinin, Azərbaycan İnvestisiya Şirkətinin, Sumqayıt Kimya Sənaye Parkının və Zəncan İnvestisiya Mərkəzinin fəaliyyətinə dair təqdimatlar keçirilib.
Xatırladaq ki, İran kapitalının iştirakı ilə Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu, Pirallahı Sənaye Parkında əczaçılıq zavodu tikilit.
2016-cı ilin 9 ayında Azərbaycandan İrana ixracat 58% artaraq $34,9 mln olub. İran isə Azərbaycana 3 dəfə çox – $102,7 mln (+59%) mal ixrac edib. 08D
-
- İqtisadiyyat
- 11 Noyabr 2016 12:53
-
- Cəmiyyət
- 11 Noyabr 2016 13:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz