Azərbaycana xarici investisiyalar 2,2 mlrd manat olub
Bu ilin 7 ayında Azərbaycan iqtisadiyyatına xarici investisiyalar 2 mlrd 222 mln 314,2 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə +46,7%) olub.
Dövlətstatkom bildirir ki, bu sərmayə xarici şirkətlər və beynəlxalq maliyyə institutlarından daxil olub. Britaniya şirkətləri liderdir (855 mln 693,3 min manat). Ardınca ABŞ gəlir - 267 mln 148,7 min manat.
Sonrakı yerləri Norveç (255,19 mln), Yaponiya (228,86 mln), Çexiya (156,5 mln), Türkiyə (135,81 mln) və Fransa (77,53 mln) tutur.
Beynəlxalq maliyyə institutları arasında Dünya Bankı liderdir - 67 mln 498,9 min manat. Asiya İnkişaf Bankı 28,81 mln manat, İslam İnkişaf Bankı 7,77 mln manat, Avropa Şurası 1 mln 17,7 min manat paya malikdir. --17D—
-
- İqtisadiyyat
- 20 Avqust 2013 16:51
-
- İqtisadiyyat
- 20 Avqust 2013 17:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz