Azərbaycanda 22 min qeydiyyatda olan əcnəbi miqrant var
Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 27,2 faiz artıb. 2014-ci il noyabrın 1-ə olan statistikaya əsasən, DSMF tərəfindən əlavə olaraq 4658 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 21 758 nəfərə yüksəlib. Bunun 89,2 faizini (19419 nəfər) kişilər, 10,8 faizini (2 339 nəfər) isə qadınlar təşkil edir.
Yanvar-noyabrda işləməyə gələn 4 min 658 əcnəbi DSMF-də uçota alınıb.
Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (11 606 nəfər) üzrə müşahidə olunur. Gürcüstan vətəndaşlarının sayı 2 459 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 249 nəfərə çatıb.
Ardınca Sonrakı yerlərdə İran İslam Respublikası (851), Çin Xalq Respublikası (730) Hindistan (592), Pakistan İslam Respublikası (462), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (328), Ukrayna (236), Özbəkistan (235) və s. ölkələr gəlir.
DSMF əmək miqrantlarını 2006-cı ildən etibarən icbari dövlət sosial sığortasına cəlb edir. --17D—
-
- İqtisadiyyat
- 13 Noyabr 2014 19:02
-
- Cəmiyyət
- 14 Noyabr 2014 11:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz