Azərbaycanda 345,6 min nəfər əlillik pensiyası alır
Noyabrın 1-i üçün Azərbaycanda 345,6 min nəfər (əmək pensiyaçılarının 27,1%-i) əlillik pensiyası alır.
Dövlət Sosial Müdafiə Fondunun məlumatında deyilir ki, onlardan 6,9 faizi (23,9 min nəfəri) I qrup, 85,9 faizi (296,8 min nəfəri) II qrup, 7,2 faizi (24,8 min nəfəri) III qrup əlillərdir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,6 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 0,9 faizi isə dövlət qulluqçularıdır. I qrup gözdən əlillərin sayı isə 7872 nəfər təşkil edir.
Hazırda I qrup gözdən əlillərin pensiyalarının orta aylığ məbləği isə 251 manat təşkil edib, deyə press-relizdə bildirilir.
Əlillər üçün pensiyanın baza hissəsi yaşa görə pensiyadan 20% çoxdur. Azərbaycanda 1 mln 274 min 342 əmək pensiyaçısı var. --17D—
-
- İqtisadiyyat
- 4 Dekabr 2013 13:09
-
- Cəmiyyət
- 4 Dekabr 2013 13:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz