Azərbaycanda dörd bank tam kapitallaşmayıb
Azərbaycanın 43 bankından 4-nün məcmu kapitalı 2012-ci il iyulun yekunu üçün minimal tələb olan 10 mln manatdan az olub.
Mərkəzi Bankın məlumatına görə, hesabat ayında bir bankın məcmu kapitalı 3,5 mln manatdan az olub. Birininki 3,5-5 mln manat, iki bankın kapitalı 5-10 mln manat arasındadır. Sonuncu iki qrup bankın ümumi kapitallaşmada ümumi xüsusi çəkisi 0,2%-0,8%-dir.
Məcmu kapitalı 10 mln manatdan çox olan bankların sayı iyulda 1 vahid azalaraq 39-a düşüb. Ümumi kapitalda onların payı 99% təşkil edib.
2007-ci ilin iyulundan bankların məcmu kapitalına minimal tələb 10 mln manatdır. AMB-nin bu yaxınlarda qəbul etdiyi qərara əsasən, 1 yanvar 2014-cü ildən bu göstərici 50 mln manat olacaq. --15B--
-
- İqtisadiyyat
- 13 Sentyabr 2012 15:25
-
- Siyasət
- 13 Sentyabr 2012 16:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz