Azərbaycanda dövlət satınalmaları 6,8% azalıb
2016-cı ildə Azərbaycanda müsabiqə yolu ilə 7772 dövlət satınalması həyata keçirilib ki, bu da əvvəlki ildə olduğundan 6,8% azdır. Bu barədə İqtisadiyyt Nazirliyi məlumat verib.
Satınalma müqavilələrinin ümumi həcmi 1,7 mlrd. manat təşkil edib ki, bu da nəzərdə tutulan dəyərdən 129,5 mln. və ya 7,1% azdır.
2015-cı illə müqayisədə müsabiqə yolu ilə satınalmaların həcmi 379 mln. manat və ya 28,5% artıb. Ötən il qənaət edilmiş vəsaitin həcmi 75,8 mln. manat artıb.
Satınalmaların əsas hissəsi kotirovka sorğusu yolu ilə keçirilib - 5766. Onların payına ümumi məbləği 121 mln. manat həcmində müqavilə və ya 2016-cı ildə müsabiqə satınalmalarının ümumi həcminin 7,1%-i düşür.
Dövlət büdcəsinin hesabına ümumi məbləği 1,4 mlrd. manat həcmində 6831 müsabiqə satınalması həyata keçirilib. 95,2 mln. manat büdcə vəsaitinə qənaət edilib.08D
-
- İqtisadiyyat
- 2 Fevral 2017 16:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz