Azərbaycanda rəsmən 239,5 min işsiz var
2013-cü il avqustun 1-i üçün Azərbaycanda işsizlik səviyyəsi 5,1% olub. Azərbaycanda rəsmən 239,5 min işsiz var. Bu, ilin əvvəlindəkindən 3,6 min nəfər azdır, deyə Dövlətstatkomda Turan-a bildiriblər. Son 3 ildə ölkədə işsizlik 20 min nəfər azalıb.
DSK-nın hesablamasına görə, bu il avqustun 1-i üçün iqtisadi aktiv əhalinin sayı 4 729 min nəfər olub. İlin əvvəli ilə müqayiəsədə bu göstərici 40,6 min nəfər artıb. Əmək fəaliyyəti ilə 4 489,5 min nəfər məşğul olub. Bu, yanvarla müqayisədə 44,2 min nəfər çoxdur.
Maraqlıdır ki, hökumət bu ilin I yarısında 58,7 min yeni iş yerinin açıldığını iddia edir, onların 44,7 mini daimidir.
Bu il avqustun 1-i üçün Məşğulluq Xidməti 37 166 nəfərə işsiz statusu verib. Bunun 36%-i Bakıda yaşayır. Amma belə status alanların hamısın müvafiq müavinət verilmir. İşsizlik üzrə müavinətin orta göstəricisi 222,6 manatdır.
Qeyd edək ki, bu il iyulun 1-i üçün Azərbaycanın əhalisi 9 411,8 min nəfər olub. Beləliklə, əhalinin 50,2%-i aiqtisadi cəhətdən aktivdir. --08D—
-
- Foto sessiyalar
- 19 Avqust 2013 12:36
-
- Analitika
- 19 Avqust 2013 12:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz