Azərbaycanda taxılın məhsuldarlığı azalıb
Avqustun 1-i üçün Azərbaycanda 944 min ha sahədən məhsul yığılıb. Bu, ötən ilin eyni dövründəkindən 44 min ha çoxdur. Amma Dövlətstatkoma görə, dənli bitkilərin 1 ha-dan məhsuldarlığı 0,8 sentner azalıb.
Avqustun əvvəli üçün taxılyığanlar əkin sahələrinin 98,2%-dən məhsul yığılıb. Orta məhsuldarlıq 29,7 ha/s-dir.
Bu il 2,8 mln ton taxıl yığılıb. Bu, ötən ilin eyni dövründəkindən 2% çoxdur. Artım əkin sahələrinin artması hesabınadır.
Saatlı və Sabirabad rayonlarında orta məhsuldarlıq hektardan 41,6 və 38 sentner olub.
Kənd Təsərrüfatı Nazirliyində Turan-a deyiblər ki, orta məhsuldarlığın azalması əlverişsiz hava şəraiti ilə bağlıdır. Nazirlikdə qeyd ediblər ki, bu il idxal buğdasından asılılıq azalacaq. Bu il ərzaq taxılı istehsalı 1 mln 843 min tondur. 2015-ci ilin eyni dövründə bu göstərici 1,7 mln ton olub.
2015-ci ildə Azərbaycan Rusiya və Qazaxıstandan 1 mln 353 min ton buğda alıb. 08B
-
- Cəmiyyət
- 9 Avqust 2016 12:31
-
- İqtisadiyyat
- 9 Avqust 2016 13:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz