Bank of Bakunun kapitalı iki dəfə azalıb
Son 12 ayda “Bank of Baku” ASC-nin kapitalı iki dəfə azalıb və iyulun əvvəli üçün 64,7 mln manat olub.
Bank gəlirlər üzrə detallı hesabat açıqlamır. Amma balans hesabatından görünür ki, ilin I yarısında bank 200 min manat ziyanla işləyib. Halbuki 2015-ci ilin eyni dövründə bankın bölünməmiş mənfəəti 47 mln manatdan çox idi.
İlllik hesablamada “Bank of Baku”nun altivləri dörddə bir azalaraq iyulun əvvəli üçün 587,3 mln manat təşkil edib. Kredit portfeli 213 mln manat azalaraq 327 mln manata düşüb.
Müştəri depoziti 132 mln manat azalaraq 306 mln manat təşkil edir.
“Bank of Baku” ASC 2005-ci ildə yaradılıb. Nizamnamə kapitalı 52,8 mln manatdır. Bankın səhmdarları “NAB Holding” (Türkiyə) – 35%, “Azpetrol Neft Sirketi” – 28,89%, Hikmət İsmayılov – 31,11% və Elçin İsayevdir – 5%. 2015-c ildə Hikmət İsmayılov payını “NAB Holding” (5%) və Elçin İsayevdən səhm almaqla (5%) 10% artırıb. 08B
-
- İqtisadiyyat
- 9 Avqust 2016 13:32
-
- Cəmiyyət
- 9 Avqust 2016 14:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz