Azərbaycandan Asiyaya tranzit Rusiyadan daha ucuz olacaq
Rusiya gömrüyündə ilişən Türkiyə yük maşınları Mərkəzi Asiyaya Azərbaycan ərazisindən gedəcək. Bu barədə Türkiyənin Daily News nəşri məlumat yayıb. Bakı buna icazə verib, bunu Beynəlxalq Nəqliyyəçilər Assosiasiyası bildirib. Bu zaman Azərbaycandan Türkmənistan və Qazaxıstana tranzitin dəyəri yük maşınları üçün 40% endiriləcək. Bakıdan Xəzər vasitəsilə yük gəmilərinin keçməsinə görə ödəniş 20% endiriləcək.
Məlum olduğu kimi, Rusiyanın gömrük prosedurlarını çətinləşdirməsindən sonra sərhəddə həm Rusiyaya, həm da Orta Asiya ölkələrinə mal daşıyan yük maşınlarından kilometrlərlə uzanan növləri bələr yaranıb.
"Buna görə Xəzər marşrutundan istifadə olunacaq. Xəzərdən gəmilər tam həcmdə işləməyə başlasa yük maşınları üçün yol xərclərinin dəyəri də 30% endiriləcək", deyə Assosiasiya rəhbəri Çetin Nuhoğlu bildirib. -02D-
-
- İqtisadiyyat
- 4 Dekabr 2015 15:00
-
- İqtisadiyyat
- 4 Dekabr 2015 15:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz