Azərbaycandan yük tranziti 16,8% azalıb
2016-cı ildə Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizi ilə 7,9 mln ton tranzit yükü daşınıb. Bu, əvvəlki ildəkindən 16,8% azdır, deyə Dövlətstatkom bildirir.
Tranzit yüklərin daşınmasından dəmiryolçular və dəniz gəmiçiliyi 189 mln 177,4 min manat gəlir əldə edib. Bu, 2015-ci ildəkindən 52% çoxdur. Artım manatın devalvasiyası ilə bağldıır: nəqliyyat şirkətləri yük tranzitini sərbəst dönərli valyuta ilə həyata keçirir, mədaxil isə mühasibatda manatla göstərilir.
Azərbaycan Avropa İttifaqı tərəfindən aktiv dəstəklənən TRACECA dəhlizi layihəsinin iştirakçısıdır. Bu dəhliz yük sahiblərinə daha sərfəli tariflər təklif edir. Dəhlizlə yük tranzitinin həcminin azalması neftin ucuzlaşması ilə bağlı dəhliz ölkələri arasında ticarət münasibətlərinin zəifləməsi ilə izah edilir. 08D
-
- İqtisadiyyat
- 2 Mart 2017 14:21
-
- Söz istəyirəm
- 2 Mart 2017 15:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz