Azərbaycanın bank sistemi haqqında hesabat
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, Azərbaycanda bankların ümumi aktivləri 28 mlrd 632,5 mln manat təşkil edir. Bu, ilin əvvəlindəkindən 13,7% çoxdur. Bankların aktivlərinin strukturunda müştərilərə verilən kreditlər 19 mlrd 169,9 mln manat (67%) olub.
2015-ci il martın 1-nə bankların müxbir hesabları 2 mlrd 16,3 mln manat (artım 10,2%) və ya bütün aktivlərin 7%-ni, nağd vəsaitlər 1 mlrd 331,7 mln manat (artım 26,5%) və ya 4,7%, investisiyalar 2 mlrd 594,1 mln manat (artım 18,6%) və ya 9,1% təşkil edir.
Maliyyə sektoruna verilmiş kredit və depozitlər 1 mlrd 298 mln manat (+27,5%) və ya bütün aktivlərin 4,5%-i, digər aktivlər 2 mlrd 222,5 mln manat (artım 15,7%) və ya 7,8% olub.
Passivlər arasında öhdəliklər birinci yerdədir - 24 mlrd 521,6 mln manat (artım 16,6%) və ya bütün passivlərin 85,64%-i.
Bunun 12 mlrd 470,2 mln manatı depozitlərin, 10 mlrd 385,9 mln manatı maliyyə sektorundan alınan kredit və depozitlərin, 1 mlrd 665,5 mln manatı başqa öhdəliklərin payına düşür.
AMB-nin məlumatına görə, 2015-ci il martın 1-ə Azərbaycanda 45 bank fəaliyyət üçün lisenziyaya malikdir. --17D—
-
- Cəmiyyət
- 16 Aprel 2015 16:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz