Azərbaycanın «Benkons» şirkəti öz vəsaiti hesabına Rusiyada 2 uşaq bağçası tikəcək
Azərbaycanın “Benkons” şirkəti öz vəsaitinin hesabına dövlət-özəl tərəfdaşlıq şəraitində Tıva Respublikasında 2 uşaq bağcaçı inşa edəcək. Bu barədə yerli KİV bildirir.
2015-ci ildə Tıva Respublikası (RF) Tikinti Nazirliyi və “Benkons” MMC arasında sosial-iqtisadi əməkdaşlq haqqında saziş bağlanıb. Bu saziş çərçivəsində Kızıl şəhərində Priqorodnaya küçəsi,160 və Dostluq küçəsi, 1/1 ünvanında 280 yerlik iki uşaq bağçası inşa ediləcək.
“Benkons” MMC həmin uşaq bağçalarının inşasına 200 mln. rubl investisiya qoyacaq.
RF-in həmin subyektində “Benkons” MMC beşulduzlu otel inşa edir, tikinti materiallarının istehsalı üzrə müəssisəyə sahibdir.
“Benkons” MMC 2008-ci ildə Bakıda təsis edilib və Rusiya, Almaniya, Bosniya və Hersoqovinada törəmə müəssisələri var. Şirkət “Gilan Group” holdinqə daxildir. “Benkons” MMC-nin Azərbaycan ərazisində korporativ sosial məsuliyyətilə bağlı fəaliyyəti haqda heç nə məlum deyil. 08D
-
- İqtisadiyyat
- 13 Aprel 2016 19:52
-
- Siyasət
- 14 Aprel 2016 10:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz