Azərbaycan yenə neftin qiymətindən asılıdır
Fitch Ratings agentliyinin məlumatına görə, iqtisadi artım yalnız neftin barreli $35-40 səviyyəsinə çatandan sonra mümkündür.
Agentlik 2016-cı ildə Azərbaycanda 3,3% iqtisadi geriləmə olacağını və nəticədə, bank aktivlərinin keyfiyyətinin pisləşəcəyini bildirib. 2017-2018-ci illərdə ÜDM 1,5-4% artacaq. Amma inflyasiya 2 rəqəmli olacaq. Qeyri-neft sektorunda manat möhkəmlənən zaman kiçik artım baş verəcək. Amma manata etimadın artması üçün hökumət ciddi işlər görməlidir.
Agentlik Azərbaycan banklarının kapitallaşmasının da zəiflədiyini bildirib. Bir çox kommersiya bankında kapitalın adekvatlıq əmsalı 2015-ci ildə 3-5 bənd azalıb. Ötən il problemli kreditlər (90 günədək gecikmə) 9,5% (+1,2%) olub, bu il artacağı gözlənilir. Təkrar strukturlaşdırılan (15%) kreditlər də var, bu isə aktivlərin keyfiyyətinə təsir edir.
Dekabr 2015-ci il-yanvar 2016-cı ildə əhalinin bank depozitlərinin 10-15%-ni geri götürməsi müşahidə olunub. --17D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz