SOCAR bir ildən sonra Heydər Əliyev adına NEZ-in modernləşdirilməsinə başlayacaq
SOCAR 2017-ci ildə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsi çərçivəsində tikinti işlərinə başlayacaq. SOCAR OGPC-nin baş direktorunun müavini Emil Alxaslı deyib.
"Lisenziar seçimi bir aya başa çatacaq. ilin sonunadək FEED layihəsinin hazırlanması başa çatacaq”, deyə o bildirib.
O həmçinin əlavə edib ki, 2019-cu ilin iyulunadək Avro-5 standartlı dizel yanacağının istehsalını təmin etmək məqsədilə bir sıra qurğular tikiləcək".
Kompleksə katalitik krekinq, atmosfer-vakuum qurğusu, LPG qurğusu və s daxil olacaq.
"2020-ci ilin mayınadək isə Avro-5 standartlı benzinin istehsalı üçün bir sıra qurğu və obyektlər tikiləcək. 2018-ci ilin iyulunadək yeni bitum qurğusu və ümumi zavod təsərrüfatı istismara veriləcək", - deyə o qeyd edib.
"Layihənin icrası 15-20 ildə ölkənin avtomobil benzininə tələbatını təmin etməyə imkan verəcək", - deyə o bildirib.
Modernləşmədən sonra BNEZ-də ildə 2,2 mln ton avtomobil benzini, 3 mln ton dizel, 1 mln ton kerosin istehsal olunacaq. Neft məhsullarının 37%-i dizel yanacağı, 25%-i avtomobil benzini, 13%-i kerosin, 25%-i başqa neft məhsulları olacaq.
* Modernləşmə SOCAR-a $1,25-1,3 mlrd-a başa gələcək. –12В--
-
- İqtisadiyyat
- 13 Aprel 2016 19:48
-
- İqtisadiyyat
- 13 Aprel 2016 19:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz