BVF Azərbaycanda ÜDM-in 3% azalacağını proqnozlaşdırır
Bu il Azərbaycanda ümumi daxili məhsul 2015-ci illə müqayisədə 3% azalacaq, gələn il 1% artım olacaq. Bu barədə Beynəlxalq Valyuta Fondu «Dünya iqtisadiyyatının inkişaf perspektivləri» (World Economic Outlook) illik hesabatında bildirir.
Hesabata əsasən (http://www.imf.org/external/pubs/ft/weo/2016/01/pdf/text.pdf), bu il Gürcüstanda ÜDM 2,5%, Ermənistanda 1,9% artacaq.
Digər vacib makroiqtisadi göstəricidə də mənfi tendensiya gözlənilir. 2015-ci ildə tədiyə balansının müsbət saldosu ÜDM-in 0,2%-i qədər təşkil edib, 2016-cı ildə eyni səviyyədə mənfi saldo olacaq.
İqtisadiyyatın dirçəlişi 2017-ci ildə mümkündür (+1%).
İstehlak qiymətlərinin artımı 2017-ci ildə də davam edəcək. Bu il BVF inflyasiyanın 12,8%, 2017-ci ildə 9,5% artımını gözləyir.
2015-2017-ci illərdə Azərbaycanda işsizlik səviyyəsi dəyişməyəcək (6%). 08D
-
- Cəmiyyət
- 13 Aprel 2016 18:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz