Azərbaycanın beynəlxalq aktivləri yanvar-noyabrda 16,2% artıb
Neft Fondunun vəsaitləri nəzərə alınmadan Azərbaycanın beynəlxalq aktivləri noyabrda $265,26 mln və ya 2,1% artaraq $12977,56 mln olub. İlin əvvəli ilə müqayisədə bu göstərici $1813,84 mln və ya 16,2% artıb.
AMB-nin məlumatına əsasən, hesabat ayında beynəlxalq aktivlərin strukturunda xarici valyuta ilə vəsaitlər (əsasən ABŞ dolları və avro) $12723,93 mln-dək artıb.
Xüsusi borc hüququ səbəti 5,3% artaraq $253,43 mln olub.
İllik müddətdə ölkənin beynəlxalq aktivləri $5158,1 mln və ya 65,9% artıb. --15В-
-
- Cəmiyyət
- 12 Dekabr 2012 16:26
-
- İqtisadiyyat
- 12 Dekabr 2012 16:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz