Azərbaycanin ödəniş sisteminin dövriyyəsi 35,3 mlrd manata çatib
Azərbaycanın kredit təşkilatları 2012-ci ilin aprelində 9612 mln manatlıq 1996 min ödəniş tapşırığı həyata keçiriblər. Hesabat ayında ödəniş sayı 33 min azalıb, onların ümumi dövriyyəsi ötən ayla müqayisədə 449 mln manat artıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar-apreldə ödəniş sayı 3940 min və ya 92,6% artaraq 8194 min olub, onların həcmi isə 6693 mln manat və ya 23,3% artaraq 35319 mln manat təşkil edib.
Yanvar-apreldə ödəniş dövriyyəsinin strukturunda iri və müddətli ödənişlərin payı onların ümumi miqdarının 3,3%-i (129 min), ümumi həcminin 91,3%-i (32245 mln manat) qədər olub. Ödənişlərin bu kateqoriyasının orta həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% artaraq 213,1 min manat, kiçik və pərakəndə ödənişlərin orta həcmi isə 9,3% artaraq 446,5 manat olub.
1 may 2012-ci il üçün ödəniş sisteminin istifadəçiləri 54 təşkilat olub, onlardan 50-i iri və müddətli ödənişlər həyata keçirə bilir. --15B--
-
- Cəmiyyət
- 7 İyul 2012 13:43
-
- İqtisadiyyat
- 7 İyul 2012 14:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz